“Yaxın Şərqdə genişmiqyaslı konfliktin qarşısını almaq mümkündür”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
“Genişmiqyaslı müharibənin başlayacağını düşünmürəm. Fikrimcə, biz belə bir ehtimaldan qaça bilərik. Bunun üçün çox şey etmək lazımdır”, – o bildirib.
Bayden İsrailin İrana cavab zərbəsi endirməsi üçün ABŞ-ın hərbi yardım edib-etməyəcəyi suala münasibət bildirməyib. O, “Biz İsrailin müdafiəsinə davam edəcəyik”, – deməklə kifayətlənib.
Xatırladaq ki, İran oktyabrın 1-də İsrailə raket zərbələri endirib. İsrail hökuməti buna sərt şəkildə cavab verəcəyini açıqlayıb. Hazırda əsas sual Təl-Əvivin Tehrana cavabının necə reallaşdırılacağıdır.
Beynəlxalq mətbuat iddia edir ki, İranın nüvə obyektləri hədəf alınmayacaq, ya neft yataqları vurulacaq, ya da ölkənin önəmli simalarına sui-qəsd təşkil olunacaq.
Əliyar Xəlil
Globalinfo.az