ABŞ-ın Demokratlar Partiyasının ali nümayəndələri Prezident Cozef Baydeni seçki yarışından çəkilməyəcəyi təqdirdə vəzifəsindən uzaqlaşdıracaqları barədə təhdid ediblər.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Nyu York Post” qəzeti yayıb.
Qəzetin mənbəsi baş verənləri “yaxşı planlaşdırılmış saray çevrilişi” adlandırıb. Bununla prezidentin yenidən namizəd olmasının qarşısının alındığı vurğulanıb.
Mənbə həmçinin Baydenin partiyanın elitasının ona təzyiqindən qəzəbləndiyini, buna görə də hər addımda müqavimət göstərdiyini bildirib:
“Çevrilşin bir hissəsi Baydenin Trampla debatda iştirakı idi. Bu debatlar ona görə təşkil olunmuşdu ki, demokratlara prezidentin yenidən namizəd olmayacağını göstərsinlər”.
Qeyd edək ki, Bayden bundan öncə seçkidə iştirakını dayandırdığını bildirib. O, vitse-prezident Kamala Harrisin prezidentliyə namizədliyini dəstəkləyib.
Əliyar Xəlil
Globalinfo.az