Bayden “Bibi”yə dedi, o isə əməl etmədi – Tramp

Bayden “Bibi”yə dedi, o isə əməl etmədi - Tramp

“İsrail Baş naziri Benyamin Netanyahu Prezident Cozef Baydenin dediklərinə məhəl qoymur”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib.

“Uğursuz prezident Bayden “Bibi”yə (Benyamin Netanyahu – red.) nə etməli, nə etməməli olduğunu deyir. Lakin Bibi ona qulaq asmır. Bilirsiniz nə var? İndi İsrailin vəziyyəti bir neçə ay öncəsinə nisbətdə daha yaxşıdır. Bibi bu günü mənə zəng edib, dedi ki, bu möhtəşəmdir. O dedi ki, Baydenə qulaq asmaq fikrində deyil”, – deyə o bildirib.

Əliyar Xəlil
Globalinfo.az