ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Co Baydenin impiçmenti prosesi üçün sorğunun təsdiqlənməsi məqsədilə səsvermə keçirəcək.
Globalinfo.az xəbər verir, bu barədə “Röyter” məlumat yayıb.
Bildirilib ki, Nümayəndələr Palatasının spikeri Mayk Conson ötən həftənin cümə axşamı baş tutan iclasda səsvermənin keçirilməsi planını açıqlayıb.
Palatanın üzvləri Baydeni Barak Obamanın vaxtında vitse-prezident ikən verdiyi qərarlardan qeyri-qanuni mənfəət əldə etməkdə ittiham edirlər.
ABŞ lideri həmçinin oğlu Hunter Baydenin istintaqına yersiz müdaxilədə günahlandırılır.
Hazırda Co Bayden haqqında araşdırma aparıldığı, prosesin növbəti iki ay ərzində yekunlaşacağı və növbəti ilin yazında ona qarşı impiçment layihələri hazırlanacağı iddia edilir.
Ayşən Mustafa
Globalinfo.az














