Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı iki aydan sonra ilk dəfə görüntülənib.
Globalinfo.az xəbər verir ki, o, MHP lideri partiyanın qurucu sədri Alparslan Türkeşin məzarını ziyarət edib.
Baxçalı daha sonra partiyanın qərargahına gedib.
Bildirilib ki, o, ürək qapağı əməliyyatı və müalicəsindən sonra yenidən işə başlayıb.
Qeyd edək ki, bundan əvvəl Dövlət Baxçalının vəfat etdiyi və ölüm xəbərinin ictimaiyyətdən gizlədildiyinə dair iddialar yayılmışdı.
Əliyar Xəlil
Globalinfo.az














