
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Bavariya” evdə qəbul etdiyi “İnter”ə qalib gələ bilməyib.
Globalinfo.az xəbər verir ki, oyun qonaqların qələbəsi ilə yekunlaşıb – 1:2.
Qarşılaşmada hesabı 38-ci dəqiqədə Milan təmsilçisinin argentinalı hücumçusu Lautare Martines açıb.
Almanların hesabı tarazlaşdırmaq cəhdləri 86-cı dəqiqədə öz bəhrəsini verib.
Qocaman Tomas Müller komandasını ümidləndirib. Lakin sonradan meydançaya daxil olan Davide Frattezi 88-ci dəqiqədə fərqlənərək “Bavariya”nın ümidlərinin üstündən xətt çəkib.
***
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya” – “İnter” matçı start götürüb.
Globalinfo.az xəbər verir ki, “Münhen Arena”da keçirilən oyun başlayıb.














