Qərbin Lukaşenko ilə bağlı qərarı var idi – Politoloq

1665067715.belarus devlet baskani lukasenko ulkede 15339798 2902 amp

Belarus hökumətinin kəskin şəkildə ruspərəst mövqedən çıxış etməsi və Prezident Aleksandr Lukaşenkonun son açıqlamaları ona qarşı narazılıqları gücləndirib.

Minskin bu siyasətini davam etdirəcəyi təqdirdə, hakimiyyətə qarşı ciddi etirazların olacağı iddia edilir.

Maraqlıdır ki, A.Lukaşenko bir neçə gün öncə narazılıqlar fonunda ölkə sakinlərini prezident postunu tərk etməsinə hazırladığını bildirib.

Yaxın perspektivdə Belarus prezidentinin vəzifədən getməsi gözlənilir? Bu iddialar nə dərəcədə reallığa uyğundur?

Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, Belarusda son seçkilər gərgin şəkildə baş tutub:

“Xüsusilə qeyd edim ki, Sorosçular bu ölkədə mövcud hakimiyyəti devirib özlərinə münasib qüvvəni hakimiyyətə gətirmək istəyirdi. Buna baxmayaraq, Belarus xalqı A.Lukaşenkonu prezident seçdi. O, xalq tərəfindən seçilən liderdir.

Hazırda Belarusda heç bir siyasi böhran yoxdur, prezidentin səhhəti qaydasındadır. Lukaşenkonun yaxın vaxtlarda hakimiyyətdən getməsi inandırıcı görünmür. Bunun üçün heç bir əsas yoxdur. Hər bir dövlətdə olduğu kimi, Belarusun da problemləri var. Xüsusilə rəsmi Minskin Qərblə münasibətləri yaxşı deyil. Buna görə də Qərb bu ölkədə siyasi prosesləri gərginləşdirmək istəyir”.

azad mesiyev
Azad Məsiyev

Politoloqun sözlərinə görə, Qərbin proyekti Belarusda özünü doğrultmayacaq:

“Lukaşenko kifayət qədər söz sahibi biridir və nüfuzu böyükdür. Həmçinin onun Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə münasibətləri yüksək səviyyədədir. Bu mənada ona qarşı qurulan planların uğurlu olması mümkün görünmür”.

Turan Rzayev
Globalinfo.az