
Belarus Prezidenti Aleksandr Lukaşenko Moskva hava limanında ona “Zati-aliləri” sözləri ilə müraciət edəndə təəccüblənib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı “Belta” nəşri səfərdən qısa görüntülər yayıb.
“Zati-aliləri? Bunu harda görmüsünüz?” – Belarus lideri prezidentlə görüşən Rusiya nümayəndə heyətinin üzvünün müraciətinə cavab olaraq təbəssümlə bildirib.
Qeyd edək ki, Lukaşenko Moskvaya MDB Dövlət Başçıları Şurasının çərşənbə axşamı keçiriləcək iclasında iştirak etmək üçün gəlib.