Baş prokuror səs verdi – FOTOLAR

Baş prokuror Kamran Əliyev Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, o, 15 saylı Yasamal Seçki Dairəsinin 15 saylı məntəqəsində səs verib.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.