Rəsmilər seçkidə iştirak etdilər – FOTOLAR

Rəsmilər seçkidə iştirak etdilər - FOTOLAR

Azərbaycanın Baş naziri Əli Əsədov 7 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində səs verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləridir. Səsvermə ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 seçki məntəqəsində keçirilir. Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var və 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Səsvermə 19:00-a qədər davam edəcək.

Rəsmilər seçkidə iştirak etdilər - FOTOLAR Rəsmilər seçkidə iştirak etdilər - FOTOLAR Rəsmilər seçkidə iştirak etdilər - FOTOLAR

X X X

Milli Məclisin sədri Sahibə Qafarova 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.

Globalinfo.az xəbər verir ki, məntəqədə səsvermənin gedişini yerli müşahidəçilər izləyirlər.

Səhər saatlarından etibarən 11 saylı seçki məntəqəsində də seçicilərin fəallığı müşahidə olunur. Məntəqədə 1482 seçici qeydiyyatdadır.

1413294 1413295 Sahibə Qafarova da səs verdi - FOTO

X X X

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev yanvarın 29-da 16 saylı Yasamal ikinci seçki dairəsinin 34 saylı seçki məntəqəsində səs verib.

Globalinfo.az xəbər verir ki, bu seçki məntəqəsində də seçicilər öz hüquqlarından fəal şəkildə iştirak edirdilər.

Qeyd edək ki, bələdiyyə seçkilərində 16 min 92 namizəd mübarizə aparır. Seçkilər zamanı respublika üzrə 685 bələdiyyəyə 8071 üzv seçiləcək.

Səsvermə 118 seçki dairəsi üzrə 5846 seçki məntəqəsində keçirilir.

Rəsmilər seçkidə iştirak etdilər - FOTOLARRəsmilər seçkidə iştirak etdilər - FOTOLARRəsmilər seçkidə iştirak etdilər - FOTOLARRəsmilər seçkidə iştirak etdilər - FOTOLAR

X X X

Baş prokuror Kamran Əliyev bələdiyyə seçkilərində iştirak edib.

Globalinfo.az xəbər verir ki, Kamran Əliyev 15 saylı Yasamal birinci Seçki Dairəsinin 15 saylı seçki məntəqəsində səs verib.

Baş prokuror səsvermə hüququndan istifadə etdikdən sonra məntəqənin işinə uğurlar arzu edib.

Rəsmilər seçkidə iştirak etdilər - FOTOLAR
Rəsmilər seçkidə iştirak etdilər - FOTOLARRəsmilər seçkidə iştirak etdilər - FOTOLAR