Banqladeş prezidenti Şahabuddin Çuppu keçmiş baş nazir və müxalifət lideri Xalid Ziyanın ev dustaqlığından azad edilməsi barədə göstəriş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi məlumat yayıb.
Məlumata əsasən, ölkə prezidenti, həmçinin tələbə etirazlarının iştirakçılarının da həbsdən azad edilməsinə dair göstəriş verib.
Bildirilib ki, prezidentin sədrliyi ilə keçirilən iclasdan sonra Banqladeş Milliyyətçi Partiyasının (BMP) sədri Xalid Ziya və tələbə nümayişləri zamanı həbs olunan bütün şəxslərin dərhal azad edilməsi barədə yekdil qərar qəbul edilib.
Qeyd edək ki, Xalida Ziya bundan əvvəl iki dəfə Banqladeşin baş naziri olub. 2008-ci ildə məhkəmə onu rüşvətxorluğa görə 17 il müddətinə azadlıqdan məhrum edib. Ziya iki il həbsdə yatıb və şərti azadlığa çıxaraq ev dustaqlığına buraxılıb.














