Bankomat çatışmazlığı və pensiyaçılardan tutulan komissiya haqqı – Video

Bankomat ya yoxdur, ya uzaq məsafədədir, ya da digər banka məxsusdur.

Ölkənin əksər kəndlərində işçilər və pensiyaçılar maaş və təqaüdlərini bankomatdan çıxarmaqda çətinlik çəkirlər.

Vətəndaşlar bunun üçün uzaq məsafə qət etmək məcburiyyətində qalırlar. Digər bankın bankomatından pul çıxaran şəxslər isə əlavə komissiya ödəməli olurlar.

İsmayıllının Cülyan, Talıstan, Gəndom və digər kəndlərinin sakinləri eyni problemlə üzləşiblər.

Globalinfo.az ətraflı Xəzər TV-nin videomaterialını təqdim edir: