bank 1 900x600 1

Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında müxtəlif risk növləri üzrə stres-testlər aparılacaq. Stres-test modelinin qiymətləndirilməsi zamanı bankların bu proqramların hazırlanması və tətbiqinə məsul əməkdaşlarına müxtəlif suallar ünvanlanacaq.

Sözügedən qərar bank sektorunda müzakirələrə səbəb olub. Bu yanaşma bank sisteminə necə təsir göstərə bilər?

Globalinfo.az-a danışan iqtisadçı Əkrəm Həsənov bildirib ki, stres-testlər yeni məsələ deyil:

“Bu cür yoxlamalar banklarda vaxtaşırı keçirilir. Ümumiyyətlə, hər bir bankda və böyük təşkilatlarda risklərin idarə olunması baxımından stres-testlər aparılır. Müxtəlif ssenarilər hazırlanır. Məsələn, qəfil devalvasiya baş verdi, kreditlər geri qaytarılmadı və ya başqa problem yarandı – belə vəziyyətdə bankda kimin necə hərəkət edəcəyi yoxlanılır”.

İqtisadçı qeyd edib ki, bu yolla banklar özlərini sınaqdan keçirmiş olurlar:

“Banklar və ya digər təşkilatlar özlərini yoxlayaraq belə hallara nə dərəcədə hazır olduqlarını qiymətləndirirlər. Yəni əməkdaşların həmin vəziyyətdə necə davranacağı əvvəlcədən müəyyən edilir. Bu, tamamilə təbii prosesdir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: