2 33

Samuxda balıq tutmaq istəyən Bakı sakini boğularaq ölüb.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Kürün Qarağaclı kəndi ərazisindən keçən hissəsində balıq tutmağa gedən iki Bakı sakinindən biri, 1952-ci il təvəllüdlü Sergey Qeorgiyeviç ehtiyatsızlıqdan qayıqdan çaya düşüb.

Aidiyyəti qurumlar tərəfindən meyit sudan çıxarılaraq ekspertiza təhvil verilib.

Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma başlanılıb.

Paylaş: