Bakıda “Hyundai” yandı – VİDEO

Bakıda “Hyundai” avtomobili yanıb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, Nəsimi rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.