Balıkesirdə meşəlik sahədə yanğın başladı

Balıkesirdə meşəlik sahədə yanğın başladı

Türkiyənin Balıkesir vilayətində meşəlik sahədə yanğın başlayıb.

Globalinfo.az NTV-yə istinadən xəbər verir ki, yanğın Kürendere məhəlləsi ərazisində yerləşən meşəlikdə qeydə alınıb.

Əraziyə Meşə Təsərrüfatı İdarəsi və Balıkesir Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə xidmətlərinə məxsus qüvvələr cəlb olunub.

Yanğının söndürülməsi üçün əraziyə 4 helikopter, 4 təyyarə, 15 ədəd yanğınsöndürən maşın və Böyükşəhər Bələdiyyəsinə məxsus nəqliyyat vasitələri cəlb olunub.