Balaxanı neftçisi ikiqat dünya çempionu oldu

Balaxanı neftçisi ikiqat dünya çempionu oldu

Almaniyanın Leypziq şəhərində ötən həftə keçirilən Beynəlxalq Karate Federasiyasının (IFK) “kyokuşin” karate növü üzrə 7ci Dünya Çempionatında Azərbaycan nümayəndəsi Səlahət Həsənov 80 kq çəki dərəcəsində birinci yeri qazanaraq dünya çempionu adını yenidən təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, doqquz tatami üzərində keçirilən çempionat yarışlarında 30 ölkədən 1500-ə yaxın peşəkar idmançı iştirak edib.

Səlahət Həsənov karate idman növünün ən sərt və çətin “kyokuşinkay” üslubu üzrə dünya çempionu adını Azərbaycana ilk və hələ ki yeganə qazandıran idmançımızdır.

Qeyd edək ki, “Balakhani Operating Company LTD”-nin əməkdaşı olan Səlahət Həsənov ilk dəfə bu ada 2017-ci ildə Qazaxıstanda keçirilmiş dünya çempionatında layiq görülmüşdü. Səlahətin dörd qat Avropa və Qafqaz bölgəsi üzrə çempion da olub.