Bakıya bu tarixdən qızmar istilər gəlir – 31 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında yay istilərinin düşəcəyi tarix bilinib.

Globalinfo.az xəbər verir ki, may ayının 25-dən paytaxtda gündüz 31 dərəcə isti müşahidə olunacaq. Gecə isə 19-20 dərəcə isti olacaq.

Mayın 25-dən etibarən Bakıda və Abşeron yarımadasında gündüzlər havanın temperaturunun 28 dərəcədən aşağı düşməyəcəyi gözlənilir.

 

Mayın 28-i və 29-da gündüz temperatur 30 dərəcə təşkil edəcək.