Bakının məşhur parkı can verir: Araşdırma başladı – VİDEO

Bakının məşhur parkı can verir: Araşdırma başladı - VİDEO

Bakının məşhur “Montin” parkının hazırkı vəziyyəti narazılıq yaradıb. Bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib. Sakinlər bildirirlər ki, park diqqətdən kənardadır, ərazidə olan ağaclar, yaşıllıqlar solub, ümumi görünüş isə natəmizdir.

Bakının mərkəzində yerləşən məşhur park niyə bu vəziyyətə düşüb? Parklar niyə baxımsızdır?

Globalinfo.az-a danışan 20 saylı Nərimanov ikinci seçki dairəsinin millət vəkili Samir Vəliyev mövcud problemlə bağlı vətəndaşlardan şikayət daxil olmadığını deyib:

Bakının məşhur parkı can verir: Araşdırma başladı - VİDEO

Samir Vəliyev

“Ayda iki dəfə seçicilərimlə, sakinlərlə rəsmi qaydada görüşlərim olur. İndiyə qədər parkın vəziyyəti ilə bağlı mənə hər hansı şikayət daxil olmasa da, məsələni araşdıracağam. Belə hal varsa, həmin parkın abadlaşdırılması və zəruri təmir işləri görülməsi üçün İcra Hakimiyyəti qarşısında məsələ qaldıracağam”.

Tanınmış memar, professor Cahid Həsənov Bakıdakı parkların baxımsız olduğunu düşünmür:

“Məsələn, hazırda “Təzəpir” məscidinin yaxınlığında söküntü işləri aparılır və bu ərazidə parkın genişləndirilməsi nəzərdə tutulur. Bildiyimə görə, adıçəkilən ərazidə və digər yerlərdə də parkların abadlaşdırılması və yenidən qurulması istiqamətində işlər davam edir”.

Bakının məşhur parkı can verir: Araşdırma başladı - VİDEO

Cahid Həsənov

Memar parkların yenilənməsində dəstək göstərməyə hazır olduğunu vurğulayıb:

“Bu gün bütün dünyada “yaşıl şəhər” konsepsiyasına xüsusi önəm verilir. Ona görə də uzun müddətdir baxımsız qalan mövcud parkların yenidən qurulması olduqca vacibdir”.

Nərimanov rayon İcra hakimiyyətinin diqqətinə!

Məşhur Montin parkı var idi. Bizim uşaqlar o gözəl parkda boy atdılar. Bəziləri dədə malı kimi parkı hasarladılar, mənimsədilər. Az hissəsində guya park inşa etdilər. Bağbansız, baxımsız. Bu xanım kimi təbiətə sevgili olanların ümidinə qalıb. Biz də milli idealist manifestinə sadiq qalaraq gülləri qurumuş otlardan xilas etməyə girişdik. Müvafiq qurumları başına dəvət edirik.
Gərək Vətənin hər qarış torpağına doğma, sevgili kimi baxasan. Vətən, onda daha gözəl və qüdrətli olar.

Posted by Al MarketpIace on Thursday, June 26, 2025

“Montin” parkından görüntülər 

Zaira Akifqızı
Globalinfo.az