Bakının mərkəzində ilginc reklam: kişilər hiddətləndi – FOTO

Bakının mərkəzində ilginc reklam: kişilər hiddətləndi - FOTO

Bakının mərkəzində yerləşdirilən bir reklam lövhəsi sosial mediada geniş müzakirələr doğurub. Belə ki, “Real Man” adlı bədən spreyi brendinin afişasında Formula-1 trasında yarışan avtomobil təsviri və “Əsl kişi ol! (Be a real man!)” şüarı yer alıb. İstifadəçilərin çoxu, xüsusilə də kişilər bu çağırışı etirazla qarşılayıblar. Əksəriyyət düşünür ki, bu, kişi kimliyini dar çərçivələrlə məhdudlaşdırır.

Bu cür reklamlar nə dərəcədə doğrudur?

Globalinfo.az-a danışan reklam və kommunikasiyalar üzrə ekspert Elvin Babayev deyib ki, belə reklam nümunələri çox zaman uğursuz tərcümə nəticəsində ortaya çıxır:

Bakının mərkəzində ilginc reklam: kişilər hiddətləndi - FOTO

Elvin Babayev

“Bilbordlar və üzərindəki reklamlar xüsusi nəzarət altında olur. Təcrübə göstərir ki, bu nəzarət kifayət qədər ciddi həyata keçirilir. Ola bilər ki, sözügedən reklam icazəsiz şəkildə montaj edilib. İstənilən halda marketinq mütəxəssisinin belə məzmunu təklif etməsi düzgün yanaşma sayılmır. Bunun qarşısını almaq üçün reklam mətnlərinin dil və mənəvi baxımdan yoxlanması daha da gücləndirilməlidir. Çünki ictimai məkanlarda nümayiş olunan reklamlar cəmiyyətin zövqünə və dəyərlərinə birbaşa təsir göstərir”.

Ləman İmran
Globalinfo.az