WhatsApp Image 2026 05 20 at 10.08.35

“Bakıda olmamışdım, şəhərinizi çox bəyəndim. Şənbə günü hava günəşli olduğu üçün Bakını gəzmək fürsətim oldu. Həm İçərişəhəri, həm də şəhərin yeni hissəsini (Ağ şəhər) gördüm. Bu, məndə çox xoş təəssürat yaratdı”.

Bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində ölkəmizə gələn “Trioloq Assosiasiyası” təşkilatının idarə heyətinin üzvü Franziska Laue Globalinfo.az-a açıqlamasında deyib.

“Almaniyada yaşadığım yerdə dəniz yoxdur. Bakıda isə böyük Xəzər dənizi var və hava daha küləklidir. Amma soyuq deyildi, buna görə də hər şey normal idi. İlk gün yağış yağmasında heç bir qəbahət yoxdur, bu, təbii hadisədir”, – o qeyd edib.

F.Laue bu həftə Bakıda qalacağını qeyd edib:

“Burada insanlarla ünsiyyətdə olmaq həqiqətən çox xoşdur. Bu həftə buradayam və düşünürəm ki, şəhəri daha çox gəzmək, ünsiyyət yaratmaq imkanımız olacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: