Bakının düşmənlərinin həbsinə order verildi – SİYAHI

Bakının düşmənlərinin həbsinə order verildi – SİYAHI

Beynəlxalq İnsan Haqları Federasiyası (FİDH) və onun tərəfdaşları Beynəlxalq Cinayət Məhkəməsinin prokuroruna müraciət edərək, 6 rusiyalı təbliğatçının həbsinə order verib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Meduza” portalı yayıb.

Məlumata görə, FİDH aparıcı Vladimir Solovyev, RT-nin baş redaktoru Marqarita Simonyan, “Rossiya Seqodnya” media qrupunun rəhbəri Dmitri Kiselyov, aparıcı Sergey Mardan, eləcə də Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedyevin həbs edilməsini tələb edib. Təşkilat bu şəxslərin hamısının Rusiya hərbi cinayətlərinə şərait yaratmaqda, Ukrayna əhalisinə qarşı nifrətin təbliğatında iştirak etdiklərini bildirib.

Qeyd edək ki, adıçəkilən şəxslər Rusiya təbliğat maşınının əsas nümayəndələri sayılırlar. Onların böyük hissəsi Qərb ölkələrinin sanksiya siyahısında yer alıblar.

Xüsusən Solovyev və Simonyan Azərbaycana qarşı barışmaz mövqeləri ilə tanınırlar.

Əliyar Xəlil
Globalinfo.az