Bakının dostunun parlamentini erməniyə tapşırdılar

Bolqarıstan parlamentinin spikeri erməni əsilli Raya Nazaryan olub.

Globalinfo.az xəbər verir ki, Nazaryanı spiker vəzifəsində Bolqarıstanın Avropa İnkişafı Naminə Vətəndaşlar Partiyası və Demokratik Qüvvələr İttifaqı Partiyası seçib.

Onun spiker seçilməsinin lehinə 131, əleyhinə isə 66 nəfər səs verib.

Qeyd edək ki, son aylar Bolqarıstanla Azərbaycan arasında münasibətlər intensiv şəkildə inkişaf edib. Bu ölkə Bakının Avropaya uzanan bir sıra layihələrində əsas rol alan dövlətlərdəndir.

Əliyar Xəlil
Globalinfo.az