Vuçiç Durovun həbsindən danışdı: “Bir neçə il öncə…”

Vuçiç Durovun həbsindən danışdı: "Bir neçə il öncə..."

“Qərb dünyadakı reallıqları öz maraqları üçün dəyişir”.

Globalinfo.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç “Telegram”ın həmtəsisçisi Pavel Durovun həbsini şərh edərkən deyib.

“Bir neçə il öncə belə vəziyyəti təsəvvür etmək çətin idi. İndi isə onun saxlanılması və “Telegram”ın Qərb dünyasında fəaliyyətini dayandırmasını tələb etmək normal hala çevrilib. Hər şey dəyişir və bu, onların maraqlarına görə baş verir”, – A.Vuçiç bildirib.

Qeyd edək ki, P.Durov bir neçə gün öncə Azərbaycandan qayıdarkən Paris hava limanında saxlanılıb. Qərb mətbuatı onun Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlıqdan imtina etdiyi üçün saxlanıldığını yazıb.

Əliyar Xəlil
Globalinfo.az