Ermənistan və İran “elektrik enerjisi müqabilində qaz” layihəsini inkişaf etdirə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sübhani danışıb.
“Biz iki ay əvvəl “elektrik enerjisi müqabilində qaz” müqaviləsini yenilədik. Bu, iki ölkə arasında münasibətlərdə böyük və strateji addım idi. Bu müqavilə sayəsində Ermənistandan təbii qaz müqabilində elektrik enerjisi idxalımız 3, hətta 4 dəfə artıb”.
Səfir xatırladıb ki, ötən il Ermənistanla İran arasında ticarət dövriyyəsi 711 milyon dollar olub. O bu il rəqəmin 1 milyarda çatacağına ümid etdiklərini deyib.
Qeyd edək ki, M.Sübhani bir qədər əvvəl Qarabağla bağlı verdiyi hüquqazidd və ermənipərəst açıqlamaya görə Azərbaycanda qınaq obyektinə çevrilmişdi.
Safura Bənnayeva
Globalinfo.az














