Bakını qaz iyi bürüdü – Kəskin qoxu haradan yayılır?

Bakını qaz iyi bürüdü - Kəskin qoxu haradan yayılır?

Paytaxt Bakının bir çox ərazilərində məlum olmayan pis qoxu yayılıb.

Globalinfo.az xəbər verir ki, bu gün səhər saatlarından etibarən hiss olunan qaz qoxusu hələ çəkilməyib.

Sakinlərin narahatlığına səbəb olan qaz və ya mazut qoxusu daha çox “Əhmədli”, 8-km qəsəbəsi, “Günəşli”, NZS qəsəbəsi, “Koroğlu” metrostansiyası və s. istiqamətlərdə hiss olunur.

Deyilənə görə pis qoxunun yayılmasına səbəb 8 Noyabr prospektində yerləşən Bakı Neft Bazasının anbarlarının təmizlənməsi səbəb olub.

Qeyd edək ki, bu cür hallar Bakıda ildə bir neçə dəfə təkrarlanır. Hər dəfə bu cür qoxular yayıldıqda insanlarda narahatlıq, təlaş yaranır. Bu, həm də əhalinin sağlamlığına çox ciddi şəkildə zərərdir. Ona görə də belə istehsalat müəssisələrinin şəhərin mərkəzindən köçürülməsi yenidən aktuallaşır.

Xatırladaq ki, sonuncu dəfə belə hala 2024-cü ilin noyabr ayının əvvvəlində rast gəlinmişdi. Həmin kəskin qoxu Bakının bir çox ərazilərində əhali arasında təlaş yaratmışdı. Yayılan qoxu insanların gözünü yaşardırdı, boğazda qıcıq yaradırdı. Aidiyyatı qurumla bunun səbəbi haqda rəsmi açıqlama yaymışdılar.

“Azəriqaz” İstehsalat Birliyindən verilən açıqlamada deyilirdi ki, paytaxtda olan xoşagəlməz iy-qoxunun yayılması kimi hadisələrdə isə “Azəriqaz” İstehsalat Birliyinin balansında olan qaz kəmərlərindən sızıb və şəhərdə böyük bir qaz qoxusunun gəlməsinə səbəb olacaq sızmalar texniki cəhətdən qeyri-mümkündür. Lokal bir hadisə ola bilər. Həmin hadisələrdə də ümumilikdə qaz iyinin borulardan bu qədər yayılması texniki cəhətdən mümkün deyil.

Əliyar Xəlil
Globalinfo.az