“BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Globalinfo.az bildirir ki, bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq AYNA-dan məlumat verilib.
“Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik” – deyə məlumatda qeyd edilib.














