Bakıdan sonra Ankara da müraciət etdi – KİV

Bakıdan sonra Ankara da müraciət etdi - KİV

Türkiyə artıq BRİKS-ə üzv olmaq üçün müraciət ünvanlayıb. 

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Bloomberg” nəşri çıxış edib.

Nəşr bundan öncə Türkiyə rəsmilərinin təşkilata üzvlüyü gözdən keçirdiyini, hazırda isə müraciətin ünvanlandığını bildirib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan son müsahibəsində BRİKS-ə üzvlüyü Avropa İttifaqına “yaxşı alternativ” adlandırıb. Ankara Aİ-yə üzvlük üçün 1987-ci ildə müraciət edib.

Qeyd edək ki, Azərbaycan da rəsmi səviyyədə BRİKS-ə üzvlük üçün müraciət ünvanlayıb.

Ayşən Mustafa
Globalinfo.az