Moskvada Azərbaycan istiqamətində nəzarəti çeçen lobbisi ələ alır.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “Akcent.site” saytı yayıb.
Mətbuat buna əsas sübut kimi Çeçenistan lideri Ramzan Kadırovun müşaviri və oğlu Əhməd Kadırov, daha sonra isə Çeçenistanın keçmiş baş naziri Ruslan Edelqeriyevin Bakıya səfərini göstərib. Məlumata görə, hər iki şəxsin Bakıya gəlməsinin səbəbi Ələt Azad İqtisadi Zonasını öyrənmək olub. Qeyri-rəsmi səbəb isə Bakıda həm investisiya təklif etmək, həm də investisiya axtarmaq olub:
“Kiçik Kadırova Azərbaycanda tikinti, logistika və aqrosənaye kompleksi investisiyası vədi verilib. Əlbəttə ki, buraya ikitərəfli ticarətin artırılması da daxildir. Edelqeriyevə gəlincə, o, hazırda Rusiya prezidentinin müşaviridir. Yəni onun səfəri Kreml səviyyəsində idi. Oğul Kadırovdan dərhal sonra Edelqeriyev Azərbaycan iqtisadiyyat naziri ilə görüşdü. Düzdür, danışıqlar fərqli məsələlər haqqında idi. Kadırova Azərbaycanda investisiyası sözü verilsə də, Edelqeriyevə Rusiya maliyyəsinin Ələt zonasına buraxılması vəd edilib. İndi qarşılıqlı güzəştlə bağlı sövdələşmə başlayacaq. Aydındır ki, Azərbaycan Rusiyadan Qarabağ məsələsində mövqeyinin yumşalmasını gözləyəcək”.
Qeyd edək ki, Əhməd Kadırov Ramzan Kadırovun əsas varisi sayılır.
İlkin Həsənov
Globalinfo.az














