Bakıya sənəd təqdim etdik, cavab gözləyirik – Paşinyan

Bakıya sənəd təqdim etdik, cavab gözləyirik - Paşinyan

“Bu yaxınlarda biz Azərbaycan tərəfinə sərhədlərin demarkasiyası ilə bağlı komissiyaların fəaliyyəti üçün layihə təqdim etmişik. Hazırda buna cavab gözləyirik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, iki ölkə arasında danışıqlar sadəcə əyani görüşlər vasitəsilə aparılmır:

“İndiyə kimi sülh müqaviləsinin imzalanması ilə bağlı 3 görüş keçirilib. Yeni təkliflər səsləndirilib, biz də münasibət bildirmişik. Bu istiqamətdə işlər mütləq davam etdiriləcək. Onu da qeyd edim ki, üzbəüz görüşlərlə yanaşı, sənədlər vasitəsilə də danışıqlar aparılır”.

Ayşən Mustafa
Globalinfo.az