Bakıda zəncirvari qəza: maşın dükana girdi – FOTOLAR

Bakıda zəncirvari qəza: maşın dükana girdi - FOTOLAR

Bakının Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib.

Globalinfo.az-a daxil olan məlumata görə, qəza nəticəsində polis maşını daxil olmaqla 5 avtomobilə və şirniyyat mağazasına ziyan dəyib.

Bildirilir ki, polis maşını idarəetməni itirərək hərəkətdə olan “Hunday” markalı avtomobilə, daha sonra isə iki “Toyota Prius” və bir “Chevrolet”ə çırpılıb.

Qəza nəticəsində şirniyyat mağazasına da ziyan dəyib.

Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası dəvət olunub.

Ciddi xəsarət alanların olmadığı bildirilir.

Zaira Akifqızı
Globalinfo.az