
Bakının Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yeni asfaltlanan yol çöküb. Son günlər yağan aramsız yağışlar asfaltı bu hala salıb. Lakin çökməyə səbəbin təkcə yağıntının olmadığı iddia edilib.
Globalinfo.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, sözügedən ərazidəki problemə səbəb bir müddət əvvəl kommunikasiya xətlərinin çəkilişi üçün aidiyyəti təşkilatların həyata keçirdikləri qazıntıdır.
Qeyd olunub ki, bərpa işləri qısa müddətdə yekunlaşdırılacaq.
Ətraflı “Xəzər Xəbər”in süjetində:














