Bakıda yaşayış binasının həyətində yanğın – VİDEO

Bakının Nəsimi rayonunun C.Hacıbəyli küçəsində yaşayış binasında baş verən yanğın söndürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 18 mərtəbəli yaşayış binasının həyətində generatorda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.