
Bakı şəhərinin Nəsimi rayonu, Puşkin küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
***
Bakının Nəsimi rayonunun S.Puşkin küçəsində yaşayış binasında yanğın başlayıb.
Globalinfo.az Report-a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb edilib.
Güclü yanğın səbəbindən ərazi tüstüyə bürünüb.
Hazırda ərazidə yanğınsöndürmə tədbirləri davam etdirilir.















