Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın zamanı hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub və Nizami rayonu C.Naxçıvanski küçəsində mənzildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
***16:26
Bakıda yaşayış binasında güclü yanğın başlayıb.
Globalinfo.az Bizim.Media-ya istinadən xəbər verir ki, yanğın Nizami rayonu Cəmşid Naxçıvanski küçəsində qeydə alınıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
