Velosiped zolaqları ilə bağlı məsələ yenidən gündəmə gəlib. Əksər vətəndaşlar buna ehtiyac olmadığını, bəzi küçələrdə tıxacların yaranmasına gətirib çıxardığını iddia edir. Qeyd olunur ki, bir sıra yollarda piyada səkilərinin genişləndirilməsi lazım olduğu halda velosiped zolağı salınıb. Amma bundan velosipedçilərdən çox piyadalar istifadə edirlər.
Velosiped zolaqları ləğv edilə bilərmi?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev deyib ki, velosiped və avtobus zolaqları tıxacın yeganə çıxış yoludur:
Yasin Mustafayev
“Başqa variant yoxdur, bu prosesi sona qədər davam etdirməliyik. Hazırda vətəndaşlar arasında velosipeddən istifadə edənlərin az olması mümkündür. Belə ənənə hələ tam oturuşmayıb. Amma Avropa və inkişaf etmiş ölkələr tıxacla velosiped vasitəsilə mübarizə aparıblar. Həm sağlamlıq baxımından yaxşıdır, həm də vaxt itkisinin qarşısını alır. Zolaqlarla bağlı geri addım atmamalıyıq”.
Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlasaq da, cavabsız qalıb.
Zaira Akifqızı
Globalinfo.az














