Avtomat stansiyalardan əldə edilən məlumatlara əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Globalinfo.az-ın xəbərinə görə, ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva APA-ya bildirib ki, havada tozun miqdarı 1.5-1.7 dəfə normadan artıqdır.
“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”, – o deyib.














