Bakıda təndirxanada partlayış: yaralılar var – ADLAR / YENİLƏNİB

Bakıda təndirxanada partlayış: yaralılar var - ADLAR / YENİLƏNİB

Bu gün saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, Zabrat dairəsinin yaxınlığında ümumi sahəsi 130m² olan təndirxanada ilkin ehtimala əsasən qaz sızması nəticəsində partlayış baş verib, yanğın hadisəsi olmayıb.

Bu barədə Globalinfo.az-a FHN-dən bildirilib.

Məlumata görə, nəticədə 5 nəfər yanıq xəsarəti alıb.

Onlardan 4 nəfəri 1968-ci il təvəllüdlü Gülşən Məmmədova, 1968-ci il təvəllüdlü Kəmalə Əzimova, 1986-ci il təvəllüdlü Mərdan Əhmədov, 1986-ci il təvəllüdlü Sənubər Tağıyeva Respublika Yanıq Mərkəzinə aparılıb, 1 nəfər tibbi yardım göstərilməsindən imtina edib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

*** 18:10

Zabrat qəsəbəsində baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, Sabunçu rayonu Zabrat qəsəbəsində baş verən hadisə ilə əlaqədar qurumun tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub və briqadalar dərhal hadisə yerinə cəlb olunub.

Xəsarət alan dörd nəfər (üçü qadın, biri kişi olmaqla) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.

Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

*** 17:18

Zabratda “Gəncə Təndir”ində partlayış baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 3-ü işçi, bir nəfər isə müştəri olub.

Hazırda ərazidən partlayış fəsadlarının aradan qaldırılması istiqamətində işlər görülür.

İlkin məlumata görə, hadisə obyektdəki qaz balonunun partlamasına nəticəsində baş verib. Hazırda faktla bağlı araşdırma aparılır.