a16987d9 2ad5 3a42 bd97 a29c3ef0b66b 850

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun övladlarına aid olduğu iddia edilən daha bir neçə villanın peyk görüntüləri yayılıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, villaların 2-si Gənclikdə (Milyonçular məhəlləsində), biri isə Nardaranda yerləşir.

Milyonçular məhəlləsində (207 saylı orta məktəbin yaxınlığında) yerləşən yanaşı villaların sahəsi 2,966 kv.m və 3.898 kv.m-dir.

Nardaranda yerləşən dənizə açılan villanın sahəsi isə 11.872 kv.m-dir.

Qeyd edək ki, DTX Naxçıvanda antikorrupsiya əməliyyatları aparır. İndiyə qədər yüz milyonlarla manat həcmində korrupsiya faktı üzə çıxarılıb.

talibov villa1 talibov villa3 talibov villa2

Paylaş: