Bakıda sürücü diqqətsizliyinin törətdiyi qəzalar – Anbaan video

Bakıda sürücü diqqətsizliyinin törətdiyi qəzalar - Anbaan video

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

Globalinfo.az müraciəti təqdim edir:

“Qeydə alınan yol-nəqliyyat hadisələrinin səbəblərindən biri də bəzi sürücülərin nəqliyyat vasitəsini idarə edərkən sükan arxasında diqqəti yayındıracaq hərəkətlərə yol vermələridir. Bu məsələdə əsas məqamlar hərəkət zamanı sürücülərin sükan arxasında mobil telefondan istifadə etmələri – telefonla danışmaları, telefonda sosial şəbəkələrə baxmaqları və sərnişinlərlə diqqəti yayındıracaq söhbətlər etmələləri ilə bağlıdır. Müşahidələr onu deməyə əsas verir ki, diqqətin bir saniyə belə yayınması qəzaların baş verməsinə səbəb olur.

Belə sürücülər bilməlidirlər ki, tək özləri və sərnişinləri deyil, digər yol hərəkəti iştirakçılarına qarşı da məsuliyyətli və diqqətli olmalıdırlar”, – deyə müraciətdə qeyd edilib.

Sürücü diqqətsizliyi nəticəsində paytaxtda baş vermiş qəzaların videosunu təqdim edirik: