Bakıda DƏHŞƏT: gənc “Metro Park”ın önündə buna görə güllələndi – VİDEO

Bu gün axşam saatlarında Bakının Nərimanov rayonunda, “Metro Park”ın önündə 24 yaşlı Tural Kosayevin başından güllələnərək qətlə yetirilməsi qız üstündə olub.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hər iki gənc eyni qızı sevirmiş.

Hadisəni törədən 19 yaşlı İsmayıl Allahverdiyev “Ya sən öləcəksən, ya mən” deyərək, 24 yaşlı Tural Kosayevi güllələyib.

Qeyd edək ki, hadisəni törədən İ.Allahverdiyev saxlanılıb.

***

İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Globalinfo.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

***

Bakıda gənc oğlanı güllələyən tutuldu.

DİN-in Mətbuat Xidmətindən Globalinfo.az-a bildirilib ki, Nərimanov rayonunda bir nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Əlavə məlumat veriləcəkdir.

*** Saat 21:38

Bakıda güllələnmə hadisəsi baş verib.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə bir az əvvəl paytaxtın Nərimanov rayonunda, “Metro Park”ın qarşısında qeydə alınıb.

Gənc oğlan küçənin ortasında güllələnərək öldürülüb.

Hadisənin motivi məlum deyil.

Hazırda hadisə yerində araşdırma aparılır.