Bakıda sığınacağa hücumun detalları – VİDEO

 

Bakıda sığınacağa hücumun detalları - VİDEO

Bakıda yerləşən uşaq sığınacaqlarından birinə hücum edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında məlumat verib.

Belə ki, səhər saatlarında diləndirilərkən tapılan iki azyaşlının sağınınacağa gətirilməsindən sonra bu hadisənin baş verdiyi bildirilib. Daha sonra həmin uşaqların valideynləri sığınacağa hücum ediblər.

K.Ağazadənin paylaşımında deyilir ki, ana və ata uşaqların diləndirdikləri üçün özlərinə haqq qazandırırlar

“Ana deyir, diləndirirəm, əcəb edir. Ata isə özünü yandıracağını bəyan edir”-deyə, paylaşımda qeyd edilir.

Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək münaqişə yaradanları ərazidən uzaqlaşdırıblar. Məsələ ilə bağlı araşdırma aparılacağı bildirilib.

Globalinfo.az