Bakının “Tarqovı” adlanan ərazisində 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı yürüyüş keçirilir.
Globalinfo.az xəbər verir ki, hər il eyni tarixdə keçirilən və “8 MARŞ” adlandırılan yürüş bu dəfə “Yaşamaq istəyirik” şüarı altında təşkil edilib.
Aksiya iştirakçıları fərqli məzmunlu plakatlar qaldıraraq müxtəlif şüarlar səsləndirirlər.
Qeyd edək ki, yürüş Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi olmadan baş tutub.
Ayşən Mustafa
Globalinfo.az
