Bakıda pişiyə işgəncə verən gənc saxlanıldı – VİDEO

Bakıda pişiyə işgəncə verən gənc saxlanıldı - VİDEO

Bakıda naməlum şəxsin pişiyə işgəncə verilməsini əks etdirən görüntülər yayılıb. 

Görüntülərdən belə məlum olur ki, hadisə Bakının Şamil Əzizbəyov küçəsi, 88 ünvanında qeydə alınıb. Bir nəfər evindəki pişiyi eyvandan aşağı sallayaraq ona işgəncə verib.

Globalinfo.az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, yayılan görüntülər əsasında polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

Nəticədə polis əməkdaşları tərəfindən heyvanla rəhmsiz rəftar edən, 1994-cü ilə təvəllüdlü (A.T) müəyyən olunaraq saxlanılıb.

Onun barəsində qanunvericiliyə uyğun tədbir görülüb.