Bakıda özəl klinikanın qarşısında dəhşətli hadisə: ölən var

Bakıda özəl klinikanın qarşısında dəhşətli hadisə: ölən var

Bakıda klinikanın qarşısında ağır yol qəzası baş verib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, gecə saat 04 radələrində Sabunçu rayon Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində – “Stimul Hospital”ın qarşısında, 1983-cü il təvəllüdlü Həsənov Sətdər Əlizad oğlu etibarnamə ilə idarə etdiyi “Ford Transit” markalı avtomaşınla piyadanı vurub. Piyada 1990-cı il təvəllüdlü Şükürov Elşən Məhəddin oğlu ağır xəsarətlər alıb və Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Bütün tibbi müdaxilələrə baxmayaraq 33 yaşlı Elşən Şükürov vəfat edib.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Malik
Globalinfo.az