Bakıda özəl klinikada 53 yaşlı qadının ölümü araşdırılır.
Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, 2023-cü il dekabrın 21-də 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın “Mediacare” klinikasında ölməsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.
***16:56
Sabunçu rayonunda yerləşən “Medicare” klinikasında ölüm hadisəsi qeydə alınıb.
Globalinfo.az “Unikal”a istinadən bildirir ki, bir neçə gün əvvəl həmin klinikada 53 yaşlı qadın pasiyent plastik əməliyyat zamanı vəfat edib.
Bu hadisədən sonra Səhiyyə Nazirliyi “Medicare” klinikasında yoxlamalara başlayıb və klinikanın fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, “Medicare” klinikasının direktoru Azər Məhərrəmovdur.














