Bakıda oteldə yanğın

Bakıda oteldə yanğın

Paytaxtın Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində yerləşən “Supreme” otelində yanğın hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğının daha geniş sahəyə yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görülüb.