Bakıda orta aylıq əməkhaqqı nə qədərdir?

Bakıda orta aylıq əməkhaqqı nə qədərdir?

Bu ilin yanvar-fevral aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 083 manat təşkil edib.

Bu barədə Globalinfo.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilir ki, paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,6% artıb.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2% artaraq 854,5 manat təşkil edib.