Dünya çempionatı: İlk oyun Fransanın qələbəsi ilə başa çatdı

Dünya çempionatı: İlk oyun Fransanın qələbəsi ilə başa çatdı

Bakıda minifutbol üzrə dünya çempionatına start verilib.

Globalinfo.az xəbər verir ki, turnirin Milli Gimnastika Arenasında keçirilən ilk oyununda Fransa və Çad komandaları üz-üzə gəliblər.

B qrupunun qarşılaşması Avropa təmsilçisinin qələbəsi ilə başa çatıb – 1:0.

Qeyd edək ki, bu gün daha yeddi matç gerçəkləşəcək. A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.

***09:00

Bu gün Bakıda minifutbol üzrə dünya çempionatına start veriləcək.

Globalinfo.az bildirir ki, ilk gündə 8 matç keçiriləcək.

A qrupunda yer alan Azərbaycan millisi Bəhreyni sınağa çəkəcək. Qarşılaşma saat 20:30-da başlayacaq.

Bu görüşdən əvvəl turnirin açılış mərasimi baş tutacaq. Tədbirdə türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.

A qrupunun digər görüşündə Mavritaniya və Sloveniya kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.

Dünya çempionatı

Qrup mərhələsi

I tur

21 may

A qrupu
20:30. Azərbaycan – Bəhreyn
23:00. Mavritaniya – Sloveniya

B qrupu
09:15. Fransa – Çad
21:45. Rumıniya – Özbəkistan

C qrupu
10:30. Macarıstan – Türkiyə
13:00. Ukrayna – İngiltərə

D qrupu
11:45. Bolqarıstan Portuqaliya
14:15. Slovakiya – Hindistan

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.