Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən meyit tapılıb.

FHN-dən Globalinfo.aza verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.